“Sumqayıt”dan yeni transfer
13.07.2018 , 12:45

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib.
Son mövsümü “Sabah”ın heyətində keçirmiş yarımmüdafiəçi Qvanzav Maqomedovla bir illik müqavilə imzalanıb. Maqomedov “Sumqayıt”da 44 nömrəli formada çıxış edəcək.
Qvanzav Maqomedov “Sabah”la (14 oyun, 1 qol) yanaşı, “Şahdağ” (27 oyun, 4 qol), “Zirə” (12 oyun, 2 qol), AZAL (28 oyun), “Səbail” və “Znamya Truda”nın (13 oyun) şərəfini qoruyub.
