“Sumqayıt”dan yeni transfer
14.07.2024 , 10:15

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, “Sumqayıt” son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu komandada 9 nömrəli formada çıxış edəcək.
“Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib
