“Sumqayıt”dan yeni transfer
11.07.2024 , 21:31

“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “kimyaçılar” son mövsümü Bosniya və Herseqovinanın “Sarayevo” klubunda keçirmiş Slavişa Radoviç ilə müqavilə imzalayıb.
Bu gün Ankarada tibbi baxışdan keçən 30 yaşlı bosniyalı müdafiəçi ilə 1+1 illik anlaşma əldə olunub.
Radoviç yeni komandasında 3 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bu yay Rəhim Sadıxov və Fernando Medeirosu da transfer edib.
