“Sumqayıt”dan yeni transfer
22.08.2023 , 23:55

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, “kimyaçılar” Fil Dişi Sahilindən olan sol cinah müdafiəçisi Abu Dossonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Dossonun son ünvanı İsrailin “Bney Saxnin” klubu olub.
