“Sumqayıt”dan yeni transfer
12.01.2023 , 12:53
“Sumqayıt” dövrələrarası fasilədə ilk futbolçu keçidini reallaşdırıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kolos”un (Ukrayna) 25 yaşlı futbolçusu Dieqo Kariokanı heyətə cəlb edilib. Braziliyalı vinger müqavilə müddəti uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, “Sumqayıt” tarixinə ilk braziliyalı futbolçu kimi düşən Dieqo Karioka karyerası ərzində “Şaxtyor” (Soliqorsk, Belarus), “Vitebsk” (Belarus), “Yagelloniya” (Polşa), “Zalagerseq” (Macarıstan) və “Kolos” (Ukrayna) kimi klublarda çıxış edib.