“Sumqayıt”dan yeni addım
18.03.2019 , 14:21

Sumqayıt” Futbol Klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır.
Bu məqsədlə, seleksiya xarakterli məşqlərə start veriləcək. Seçimlər hər həftənin 1-ci və 4-cü günləri Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Məşqlərdə 10-14 yaş arası futzalçılar iştirak edə biləcəklər. “Sumqayıt” futzal məktəbinə Baba Əsgərov rəhbərlik edəcək.
Qeyd edək ki, bu Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində fəaliyyət göstərəcək ilk futzal məktəbidir. Futzal məktəbinin rəsmi açılış mərasimi haqqında məlumat veriləcək.
