“Sumqayıt”dan qələbə
16.01.2020 , 16:50

Birinci Divizionun 2-ci dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Tufan”ın U-19 komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
“Sumqayıt-2”-nin qollarını Fərhad Salamzadə və Elnur Cəfərov rəqib qapısından keçirib.
Yoxlama oyunu
16 yanvar
“Sumqayıt-2” – “Tufan” – 2:0
Qollar: Fərhad Salamzadə, Elnur Cəfərov.
