“Sumqayıt”dan növbəti transfer – Rəsmi
20.08.2020 , 19:16
“Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü Albaniyanın “Bylis” klubunda icarədə keçirən, müqavilə ilə “Sabah”a məxsus olan mərkəz müdafiəçisi Eltun Turabovla müqavilə imzalanıb.
“Sumqayıt”da 1 il müddətinə icarə əsasında çıxış edəcək olan 23 yaşlı futbolçu “33” nömrəli formanı geyinəcək.