“Sumqayıt”dan növbəti transfer – Rəsmi
15.08.2020 , 16:06

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Qazaxıstanın U-21 millisinin sabiq üzvü Kərəm Sultanovu sıralarına qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, K.Sultanovun son klubu Qazaxıstan “Kaspi”si olub. Bundan əlavə o, ölkəsində “Ordabası”, “Bayterek”, “Kızıl-Jar” kimi komandalarda da çıxış edib.
