“Sumqayıt”dan növbəti transfer – Rəsmi
15.01.2021 , 16:02

Premyer Liqanın ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Korner.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2,5 illik müqavilə imzalayıb.
26 yaşlı futbolçu “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev Azərbaycanın U-21 millisinin də (2 oyun) şərəfini qoruyub.
