Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirən “Sumqayıt” heyətini də gücləndirir.
Korner.az-ın məlumatına görə, “kimyaçılar” növbəti futbolçunu heyətinə qatıb.
Son olaraq, “Rəvan”da çıxış etmiş Nicat Muxtarov Sumqayıt təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 1995-ci il təvəllüdlü adıçəkilən futbolçu yen komandasında 8 nömrəli formanı geyinəcək.
