2016/2017 mövsümünə hazırlıqlarını davam etdirən “Sumqayıt” daha bir transferi həyata keçirib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son olaraq “Neftçala”da çıxış etmiş 20 yaşlı qapıçı Əli Həsənli ilə 2 illik mqavilə imzalanıb.
Qeyd edək ki, “Sumqayıt” daha əvvəl qapıçı Fərhad Vəliyev, müdafiəçi Ruslan Tağızadə və yarımmüdafiəçi Kamran Abdullazadəni də heyətinə cəlb edib.
