“Sumqayıt”dan imtina edən futbolçu Portuqaliya klubunda
04.08.2018 , 14:57

Avstriyanın “Qarabağ Vyana” klubunun dağılmasından sonra “Sumqayıt”la müqavilə imzalayan Dmitri Nağıyev daha sonra komandadan ayrılıb.
U-21 millimizin sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək. 22 yaşlı müdafiəçi adıçəkilən ölkənin I divizionunda çıxış edən “Kova-da-Piedadi” klubu ilə 1 illik müqavilə imzalayıb.
Nağıyev “Sumqayıt”la müqavilə imzalayanda “xaricdən təklif gələrsə, sərbəst qalmaq hüququna malikdir” bəndi salıbmış. Bu səbəbdən də “gənclik şəhəri” təmsilçisi Dimanın qabağını kəsə bilməyib.
