“Sumqayıt” dövrələrarası fasilədə ilk transferini həyata keçirib
“Gənclik şəhəri” təmsilçisi “Keşlə”nin yarımmüdafiəçisi Elnur Abdullayevlə güclənib.
Azərbaycan millisinin sabiq üzvü bu gün yeni komandası ilə rəsmi müqaviləyə qol çəkib. Anlaşmaya əsasən, 31 yaşlı oyunçu gələn mövsümün sonuna qədər “Sumqayıt”a məxsus olacaq.
Qeyd edək ki, Elnur Abdullayev karyerası ərzində “Keşlə”dən (32 oyun, 2 qol) başqa, “Simurq” (13 oyun, 1 qol), “Xəzər Lənkəran” (114 oyun, 10 qol), “Muğan” (42 oyun, 2 qol), “Bakı” (69 oyun, 3 qol), “Olimpik” (12 oyun), “Neftçi” və “Turan”ın şərəfini qoruyub. O, həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.
