“Sumqayıt”dan ilk transfer – Rəsmi
17.07.2020 , 16:41

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb.
Korner.az xəbər verir ki, klub son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimovla 1 illik sözləşməyə imza atdığını rəsmən açıqlayıb.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi daha əvvəl “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə” klublarının (63 oyun, 3 qol) şərəfini qoruyub. Mütəllimov Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.
