“Sumqayıt” növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Samir Abasovun komandası birinci divizion təmsilçisi “Səbail” klubu ilə üz-üzə gəlib.
“Kapital bank Arena”da baş tutan görüş meydaan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:1. Bu oyunda sumqayıtlılardan qolları Amil Yunanov (3), Azər Salahlı və Ebrahim Abidnjad vurub.
Xatırladaq ki, “Sumqayıt” dünən səhər saatarında “Şahdağ”la keçirilmiş yoxlama oyununda 1:0 hesablı qələbə qazanmışdı.
