Premyer Liqanın XXXVI turu “Sumqayıt” üçün ilklə əlamətdar olub.
Korner.az-ın məlumatına görə, “gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə “İnter”ə qalib gəlib. Paytaxt təmsilçisi ilə əvvəlki 11 qarşılaşmada qalib gələ bilməyən sumqayıtlılar uğursuz seriyanı ev oyununda qırıb – 3:1.
Əvvəlki qarşılaşmalarda cəmi 1 qol vurub, 3 heç-heçə edən “Sumqayıt” 8 dəfə uduzmuşdu. Bu qələbə “Sumqayıt”ın ardıcıl 2-ci uğuru olub. XXXV turda “Xəzər Lənkəran”a qalib gələn (2:0) sumqayıtlılar Premyer Liqadakı klub rekordunu təkrarlayıb. Belə ki, komanda indiyədək ən yaxşı halda ardıcıl 2 qələbə qazanıb. Bunadək 4 belə seriyası olan sumqayıtlılar 5-ci dəfə ardıcıl 2 qalibiyyət alıb. “Sumqayıt” həm də mövsümdə ilk dəfə bir oyunda 3 qol vurub.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə 2-dən artıq qol 2014-cü il aprelin 20-də “Neftçi” ilə səfər matçında vurmuşdu. Onda 3:1 hesabı ilə qalib gələn sumqayıtlılar 403 gündən sonra belə məhsuldarlıq göstərib
