“Sumqayıt”dan ayrıldı, “Səbail”ə keçdi
08.06.2023 , 19:50

“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Son olaraq “Sumqayıt”da çıxış edən 22 yaşlı Rüfət Abdullazadə ilə müqavilə imzalanıb. Müdafiəçi ilə müqavilə gələn mövsümün sonuna qədər nəzərdə tutulub.
“Səbail” bundan əvvəl Yusif Nəbiyev və Süleyman Əhmədovu da transfer edib.
