"Komandamızın məşqində heç bir dava düşməyib. Bunlar düzgün informasiya deyil".
Bu sözləri Korner.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
"Sumqayıt"ın qapıçısı Səlahət Ağayev ilə Eldar Cankişiyev arasında məşq zamanı əlbəyaxa dava düşdüyü haqda yayılan informasiyalara münasibət bildirən Məmmədov daha sonra bunları deyib:
"Eldar Səlahətə qarşı kobud oynayıb və futbolçular arasında söz atışması olub. Bir müddət sonra ara sakitləşib".