“Sumqayıt”da yeni təyinat
28.09.2022 , 17:32

“Sumqayıt” klubunda yeni təyinat gerçəkləşib.
Korner.az xəbər verir ki, Samir Abasovun təyinatından sonra sabiq baş məşqçi Aleksey Baqanın köməkçilərindən bəziləri əsas komandadan ayrılmalı oldu.
Bunlardan biri də Mehman Yunusov oldu. Lakin veteran futbolçu əsas komandadan ayrılsa da, klubdan ayrılmayacaq. Yunusov bundan sonra əvəzedici komandanın baş məşqçisi Vüqar Quliyevin köməkçisi kimi fəaliyyətinə davam edəcək.
