“Sumqayıt”da yeni təyinat
06.08.2022 , 20:31
“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.
Korner.az klubun saytına istinadən xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.
Qeyd edək ki, Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt” FK-da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.