“Sumqayıt”da yeni müqavilə
14.06.2021 , 16:24
“Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, qapıçı Aydın Bayramovla 1+1 sistemi ilə anlaşma imzalanıb.
Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib.