Ötən mövsümü "Sumqayıt"da keçirmiş Ramil Həşimzadə bir müddət əvvəl "İnter"lə müqavilə imzalamışdı. 21 yaşlı futbolçu "bankirlər"in əsas heyətinə düşmək şansı az olduğundan müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edib.
Korner.az-ın məlumatına görə, Həşimzadə "Sumqayıt"la iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ramil 2011/2011 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 12 qarşılaşmada (511 dəqiqə) meydana çıxıb.
