Yeni mövsüm üçün heyətini gücləndirən “Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Amil Yunanovla iki illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu 2018-ci ilə qədər “Sumqayıt”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Amil Yunanov 2015/2016 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada ümumilikdə 26 qarşılaşmada (1509 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 12 top keçirib. Bu göstərici ilə adıçəkilən futbolçu ötən mövsüm komandanın ən sərrast futbolçusu olub.
