“Sumqayıt”da yeni müqavilə
12.03.2024 , 16:47

“Sumqayıt” Futbol Klubu Ayxan Süleymanlı ilə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, tərəflər arasında bu mövsümün sonunda başa çatacaq anlaşma 3+1 il şərti ilə artırılıb.
20 yaşlı müdafiəçi 2022-ci ildən komandanın şərəfini qoruyur.
O, bu vaxta qədər “Sumqayıt”ın heyətində 16 Premyer Liqa oyununda meydana çıxıb.
