“Sumqayıt”da yeni müqavilə
20.05.2022 , 16:41

“Sumqayıt” futbolçusu Vurğun Hüseynovla müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, kapitan 2022/2023 mövsümündə də “kimyaçılar”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vurğun Hüseynov “Sumqayıt”ın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 188 qarşılaşmada meydana çıxıb. O, 2 qol vurmağa da müvəffəq olub.
