“Sumqayıt”da yeni məşqçi
03.07.2018 , 14:19

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.
Fiziki hazırlıq üzrə məşqçi Anton Dyaçenko ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ukraynalı mütəxəssis 2011-2017-ci illər ərzində Kiyev “Dinamo”sunun, 2017-2018 mövsümündə isə “Şaxtyor”un akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.
