Ölkə futbolu

“Sumqayıt”da yeni hücumçu – Rəsmi

17.09.2021 , 22:56

2021/2022 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” iranlı hücumçu Səid Rzanı transfer edib.

Korner.az xəbər verir ki, onunla 1 illik müqavilə imzalanıb. Yeni transfer komandada 23 nömrəli formada çıxış edəcək.

Əvvəllər “Maşınsazi”, “Havadar” kimi klublarda çıxış etmiş Səid son olaraq “Aluminium”da (İran) oynayıb. O, ötən mövsüm 21 matçda meydanda olub və 3 qol vurub.

Son yazılar

Yuxarı