“Sumqayıt”da itkilər
04.04.2023 , 15:37

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.
Korner.az xəbər verir ki, meydan sahibləri oyuna itkilərlə çıxacaq.
Komandanın müdafiəçisi Steven Pereyra və Vüqar Mustafayev bu qarşılaşmada forma geyinə bilməyəcəklər.
Buna səbəb Pereyranın sarı vərəqə limitini doldurması, Mustafayevin isə “Turan Tovuz”la səfər matçında qırmızı vərəqə almasıdır.
Mina Musayeva
