Premyer Liqanın XIV turunda “Simurq”la qarşılaşacaq “Sumqayıt”ın heyətində itkilər var.
Korner.az-ın məlumatına görə, klubun 4 üzvü zədədən əziyyət çəkir.
Belə ki, kapitan Samir Abasovun, vitse-kapitanı Aleksandr Çertoqanovun və müdafiəçi Bəxtiyar Həsənalızadənin zədəsi var.
Onların “Simurq”la oyuna qədər hazır olacağı gözlənilir. Əvəzedici komandanın son oyununda zədələnən Ruslan Nəsirli isə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
