Sumqayıtda futbol turniri
06.03.2023 , 15:05

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr edilmiş mini-futbol üzrə 2013-2014-cü il təvəllüldü oğlanlar arasında birincilik keçirilib.
Korner.az xəbər verir ki, ümumilikdə məktəbin 8 komandasının 80-dən artıq idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbinin 7 nömrəli komandası birinci, 3 nömrəli komandası ikinci, 2 nömrəli komandası isə üçüncü yerə layiq görülüb. Yekunda birinciliyin qalib və mükafatçılarına fəxri fərman və medal təqdim olunub.
