“Sumqayıt”da daha bir yeni müqavilə
20.05.2022 , 17:20

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçusu ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni müqavilə imzalanıb.
2019-cu ildən komandanın formasın geyinən yarımmüdafiəçi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. Mustafayev həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin uğurları üçün çalışıb.
“Sumqayıt” bu gün müdafiəçi Vurğun Hüseynovla da müddəti 1 il olan müqavilə imzalayıb.
