Ölkə futbolu

“Sumqayıt”da daha bir müqavilə

10.06.2021 , 18:43

“Sumqayıt” daha bir futbolçu ilə müqavilə yeniləyib.

Korner.az xəbər verir ki, yarımmüdafiəçi Murad Xaçayev daha 2 il bu komandanın uğurları üçün çalışacaq.

2018-ci ildən “Sumqayıt”ın formasını geyinən Murad Xaçayev ümumilikdə 32 oyunda (2293 dəqiqə) meydanda olub. O, 4 dəfə rəqib qapılarına yol tapmağa da müvəffəq olub.

23 yaşlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-19, U-21 və əsas milli komandalarında da çıxış edib.

Son yazılar

Yuxarı