“Sumqayıt”da ciddi itki: finalı buraxacaq
02.05.2019 , 17:20

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıraraq finala yüksələn “Sumqayıt” itkiylə üzləşib.
“Gənclik şəhəri” təmsilçinin heyətində “Qəbələ” ilə keçirəcəyi həlledici oyunu Aleksey İsayev buraxmalı olacaq. 23 yaşlı yarımmüdafiəçi “Zirə” ilə oyunda sarı vərəqə limitini doldurub.
Naxçıvanda keçiriləcək “Qəbələ” – “Sumqayıt” finalı mayın 19-da baş tutacaq.
