Ölkə futbolu

“Sumqayıt”da bərpa məşqi

19.01.2020 , 16:54

Mövsümün ikinci yarısı üçün hazırlığını Antalyada davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının 8-ci gününü bir məşq ilə başa vurub.

Korner.az xəbər verir ki, ötən gün baş tutan “Politexnika” (İaşi, Rumıniya) ilə yoxlama oyunundan (1:1) sonra bərpa xarakteri daşıyan məşq prosesi 1 saat davam edib. 

Vüqar Mustafayevin zədə səbəbindən buraxdığı hazırlıq prosesini Şəhriyar Əliyev və Cəmaləddin Xocaniyazov isə fərdi məşqlə başa vurub.

Son yazılar

Yuxarı