“Sumqayıt”ın heyətdən göndərdiyi futbolçulardan daha birinin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi mövsümün əvvəlində heyətinə qatdığı Nasır Abilayevə qapını göstərib.
21 yaşlı yarımmüdafiəçinin performansı komandanın baş məşqçisi Samir Abasovu qane etməyib.
Rusiyalı futbolçu “Sumqayıt”ın heyətində 8 oyun keçirib
“Sumqayıt” heyətindən daha bir neçə futbolçunu da göndərəcək. (sportal.az)
