“Sumqayıt”a texniki məğlubiyyət verildi
14.10.2021 , 17:13

Gənclər Liqasında iştirak edən “Sumqayıt”ın U-19 komadasına texniki məğlubiyyətlə üzləşib.
Korner.az xəbər verir ki, buna “Qarabağ”la görüşdə limitin pozulması səbəb olub. AFFA İntizam Komitəsi bu səbəbdən komandaya 0:3 hesablı texniki məğlubiyyət verib.
Sözügedən matçda “Sumqayıt” 1:0 hesabı ilə qalib gəlmişdi.
