big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Sumqayıt”a gəlməklə risk etmişdim” – Ayxan Abbasov

27.08.2020 , 23:31

“Üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq”.

Korner.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abasov evdə Şimali Makedoniya “Şkendiya”sına 0:2 hesabı ilə uduzduqları Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

– Rəqibin qarşısını ala bilmədik. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu yarışı unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik.

– Ustalıq səviyyəsindən əlavə, başqa hansı amillər nəticəyə təsir göstərdi?

– Futbolçuları ayrı-ayrılıqda götürsək, onlar bizdən üstündürlər. Bəzi oyunçularımız gözlədiyimiz oyunu göstərə bilmədilər. Bizə vaxt lazımdır. Avropa Liqası Azərbaycan çempionatı deyil.

– Yeni transferlərinizdən Əli Qurbani hücum xəttində çox zəif təsir bağışladı…

– Qurbani ilk yarıda Elvin Məmmədovu qol epizoduna çıxardı. Yəni, ona da dəstək lazımdır. Geniş seçimimiz yoxdur. Komandanı özəkləri tərk edib. Qısa vaxtda nəyəsə nail olmaq çətindir.

– Dağınıq vəziyyətdə olan komandada çalışmaqla imicinizi xərclədiyinizi düşünmürsünüz?

– “Sumqayıt”dakı ilk oyunumda mənə bura gəlməkdə risk etməmisizmi sualını vermişdiniz. O vaxt həmin sualdan qaçmışdım. İndi isə deyə bilərəm ki, həqiqətən də risk etmişdim. Bizi çətin iş gözlədiyini bilirdim. İndi isə buradan getmək, meydandan qaçmaq qorxaqlıq olardı. İşimiz vuruşmaqdır. Əziyyətlərimizin bəhrəsini ötən mövsüm gördük. Heyətdə çatışmazlıqlarımız var. Bir neçə mövqeni gücləndirməyə ehtiyac duyuruq. İnanıram ki, bu arada 2 transfer edəcəyik. Güclənməsək, Premyer Liqada işimiz çətin olacaq.

– Komandanızdan ayrılan çoxlu sayda futbolçulardan incikliyiniz yoxdur?

– Futbolçulardan inciməyə haqqımız yoxdur. Peşəkar futbolçulardırlar, yaxşı təkliflər alaraq gediblər. Bəzi futbolçulara isə təşəkkür etdim. Çünki onların seçimləri olduğu halda, bizi buraxmadılar. Getsəydilər, işimiz daha çətin olardı. Elələri də oldu ki, “Sumqayıt”a gələndə heç tanınmırdılar. (Report) 

Son yazılar

To Top