Topaz Premyer Liqasının XVIII turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Sumqayıt” bir günlük istirahətin ardından məşqlərə start verib.
Korner.az-ın məlumatına görə, komanda baş məşqçi Aqil Məmmədovun rəhbərliyi altında bu gün yeni kompleksdə növbəti məşqini keçirib.
Zədəli olan Ruslan Qurbanov, Vurğun Hüseynov və Orxan Əliyev hazırlığa qatılmayıb. Zədəsini sağaltmış qapıçı Tərlan Əhmədli isə artıq kollektivlə birgə məşqlərə başlayıb. Komanda məşqi iki tərəfli oyunla yekunlaşdırıb.
