Son turda AZAL-la səfərdə heç-heçə (2:2) edən “Sumqayıt” növbəti turda qarşılaşacağı “Rəvan”la oyunun hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün Sumqayıtda səhər məşqinə çıxıb.
Zədəsini sağaldan Vurğun Hüseynov artıq komanda ilə məşqlərə başlayıb. Yüngül zədəsi olan Aleksandr Çertoqanov isə fərdi məşqlərlə kifayətlənib. “Sumqayıt” axşam saat 16.00-da növbəti məşqinə çıxacaq.
