“Sumqayıt” “Zirə”yə məğlub oldu
28.11.2021 , 18:23

Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, bu gün daha bir matç keçirilib. “Sumqayıt” “Zirə”ni qəbul edib və 0:3 hesabı ilə uduzub.
Xatırladaq ki, tura sabah oynanılacaq “Qəbələ” – “Qarabağ” görüşü ilə yekun vurulacaq.
28 noyabr (bazar)
16:00. “Sumqayıt” – “Zirə” – 0:3
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”
