“Qarabağ” “Neftçi” ilə heç-heçə etdi, “Sumqayıt”dan qələbə
08.02.2020 , 21:57

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 oyun keçirilib.
“Sumqayıt” doğma meydanda “Zirə”ni qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Tura “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulub. Ağdam təmsilçisi “ağ-qaralar”la heç-heçəyə razılaşıb – 0:0
Azərbaycan Premyer Liqası
XVI tur
8 fevral (şənbə)
“Sumqayıt” – “Zirə” – 2:1
Qollar: Elvin Cəfərquliyev, 13, Ağabala Ramazanov, 35, Xəyal Nəcəfov
Hakimlər: Orxan Məmmədov, Pərvin Talıbov, Nahid Əliyev, Namiq Bəkirov
“Kapital Bank Arena”, 17:30
“Qarabağ” – “Neftçi” – 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Elşad Abdullayev, Səbuhi Bayramov
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.
