“Sumqayıt” “Zirə”yə uduzdu, “Qəbələ”dən qələbə
14.09.2019 , 22:03

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu gün iki görüş baş tutub. Günün ilk oyununda “Sumqayıt” “Zirə” ilə qarşılaşıb və zirəlilər görüşdə qalib gəlib – 1:2
Günün digər matçında “Sabah” “Qəbələ”ni qəbul edib. Səfər oyununda bölgə təmsilçisi ilk qələbəsini qazanıb – 0:1
Azərbaycan Premyer Liqası
4-cü tur
14 sentyabr
“Sumqayıt” – “Zirə” – 1:2
Qollar: T. Mütəllimov, 16(ö/q), Rodriges, 5, Şafik Tiqrudja, 88
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
“Sumqayıt. Arena”, 18:00.
“Sabah” – “Qəbələ” – 0:1
Qol: Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
“Bank Respublika Arena”, 20:00.
