“Sumqayıt” “Zirə” ilə heç-heçə etdi, “Neftçi”dən qələbə
03.03.2021 , 20:34

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Zirə” “Sumqayıt”ın qonağı olub. Görüş qolsuz heç-heçə ilə bitib – 0:0.
Turun son görüşündə isə “Neftçi” “Sabah”ı qəbul edib. Görüş meydan sahiblərinun qələbəsi ilə yekunlaşıb – 2:1.
Azərbaycan Premyer Liqası
XVIII tur
3 mart
16:00.”Sumqayıt” – “Zirə” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev
“Kapital Bank Arena”
18:15.”Neftçi” – “Sabah” – 2:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev
“Bakcell Arena”
