Premyer Liqanın 20-ci turunda “Zirə” ilə qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda bu gün baş məşqçi Samir Abasovun rəhbərliyi altında “Kapital Bank Arena”da növbəti məşqinə çıxıb.
Heyətdə zədəli futbolçu yer almır.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” oyunu fevralın 6-da “Kapital Bank Arena”da keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.
