Əvəzedicilərin çempionatında son turda “Turan”ı böyükhesabla məğlubiyyətə uğradan (4:1) “Sumqayıt”ın əvəzedici komandası yoxlama oyunu keçirəcək.
Korner.az-ın məlumatına görə, Vaqif Paşayevin yetirmələri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda həvəskarlar liqasında mübarizə aparan “Çevik”lə üz-üzə gələcək. Qarşılaşma saat 16.00-da başlayacaq.
