Azərbaycan Premyer Liqası üçün 2015/2016 mövsümünə hazırlaşan “Sumqayıt” Futbol Klubu təlim-məşq toplanışını davam etdirən.
Korner.az-ın məlumatına görə, “Kapital Bank Arena”da gündə iki dəfə olmaqla hazırlığını davam etdirən Aqil Məmmədovun komandası 10 günlük təlim-məşq toplanışı dövründə 3 yoxlama oyunu keçirəcək.
“Sumqayıt” FK hazırlıq mərhələsi çərçivəsində sabah 1-ci divizion təmsilçisi “Neftçala” ilə üz-üzə gələcək. Həmin qarşılaşma saat 19:00-da “Kapital Bank Arena”da keçiriləcək.
