Türkiyədə hazırlaşan “Sumqayıt” bu gün Kartepedəki təlim-məşq toplanışında ilk yoxlama matçına çıxıb.
Korner.az xəbər verir ki, Təmsilçimiz gücünü İranın “Persepolis” klubu ilə oyunda sınayıb.
Qarşılaşmada hesabı 19-cu dəqiqədə “Sumqayıt” açıb. İlk yarı komandamızın üstünlüyü ilə başa çatıb. İkinci hissədə 49, 72 və 83-cü dəqiqələrdə 3 qol vuran İran klubu qələbəni təmin edib. “Sumqayıt”ın gücü yalnız 85-ci dəqiqədə penaltidən vurulan qolla hesab arasındakı fərqi azaltmağa çatıb.
Yoxlama oyunu
17 iyul
Sumqayıt – Persepolis – 2:3
