“Sumqayıt” 2017/2018 futbol mövsümü üçün hazırlığa start verir.
“Kimyaçılar” iyunun 22-də “Kapital Bank Arena”da, saat 18:00-da ilk məşqinə çıxacaq. Hazırlığın birinci mərhələsində komandam 2 yoxlama oyunu keçirəcək. Plana əsasən, “Sumqayıt” iyulun 2-də və 8-də “Səbail”lə üz-üzə gələcək.
Yoxlama oyunundakı digər rəqiblərin adına isə hələlik aydınlıq gəlməyib.
Qeyd edək ki, “Sumqayıt” təlim-məşq toplanışın üçün Türkiyəyə də yollanacaq.
