Azərbaycan Premyer Liqasında II turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, ikinci oyun günündə də daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçı Gəncədə olacaq. Burada "Kəpəz" ilk turda AZAL-ı məğlub etməklə debütünü qələbəy ilə bayram edən "Zirə"ni qonaq edəcək.
Günün sonuncu qarşılaşmasında isə "Xəzər Lənkəran" "Sumqayıt"ın qonağı olacaq.
Qeyd edək ki, Premyer Liqada 2-ci tura sabah keçiriləcək "İnter" – "Neftçi" oyunu ilə yekun vurulacaq.
16 avqust
Azərbaycan Premyer Liqası, 2-ci tur
18:30. “Kəpəz” – “Zirə” – 1:1
Qol: Rəhimov 73, Novruzov 90+2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.
21:00 “Sumqayıt” – “Xəzər Lənkəran” – 1:1
Qollar: Bəxtiyar H. 12, Rzazadə 36.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.
